• $
  • €
  • ₽
  • ₺
  • £

"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
21.04.2026 10:48

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilərək 20 il müddətinə həbs edilən Ermənistan vətəndaşı Ruben Vardanyana növbəti dəfə ailəsi ilə danışmaq üçün şərait aradılıb. 

Bu barədə erməni KİV yazıb. 

Vardanyan ailəsi ilə telefon danışığı zamanı Ermənistan Respublikasının İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyana mesaj çatdırıb.

Vardanyan xahiş edib ki, onun və digər ermənilərin qohumlarının Bakıya səfəri təşkil edilsin: "Bu yaxınlarda Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ilə görüşdüm. Söhbətimiz zamanı Azərbaycan Ombudsmanı qeyd etdi ki, o, artıq sizinlə Bakıya səfər etmək imkanını müzakirə edib. Azərbaycan tərəfi onun təşkilinə töhfə verməyə hazır olduğunu bildirib. 

Yuxarıda göstərilənləri nəzərə alaraq, sizdən qohumlarımızın, eləcə də lazım gələrsə, digər erməni məhbusların qohumlarının Bakıya səfər etmə ehtimalını nəzərdən keçirməyinizi xahiş edirəm. Həyat yoldaşım Veronika Zonabend belə bir təşəbbüsdə iştirak etməyə və Bakıya səfər etməyə hazırdır. Çox güman ki, digər məhbusların ailə üzvləri də hazır olacaqlar". 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva martda Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında bir sıra erməniləri fərdi qaydada qəbul edib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol