Paşinyan bu naziri işdən çıxarır - ERMƏNİ KİV
Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin iqtisadiyyat naziri Vaan Kerobyanı işdən çıxaracağı gözlənilir. Bununla bağlı "Joğovurd" qəzeti məlumat yayıb.
Bildirilir ki, Paşinyan onun fəaliyyətindən razı deyil. İstefa vermək barədə yazdığı ərizəyə baxılır.
Bildirilir ki, Paşinyan onun fəaliyyətindən razı deyil. İstefa vermək barədə yazdığı ərizəyə baxılır.
Bundan əlavə səbəb kimi Kerobyanın skandal yaradan çıxışlarıdır. O, baş naziri bir neçə dəfə pis vəziyyətdə qoyub. Buna görə də yaxın vaxtlarda nazirin istefaya göndəriləcəyi barədə məlumatlar yayılmaqdadır.
Məlumata görə, hələlik Kerobyanın yerinə kadr təyinatı ilə bağlı namizədlər nəzərdən keçirilməyib.
Vaan Kerobyanın işdən çıxarılmasına dair məlumatları şərh etmədiyi qeyd olunub.
2022-ci ilin sonunda baş nazirin müavini Ambartsum Matevosyan və təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa verib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox