• $
  • £

İsveç nümayəndəsi İran səfirlərinin Avropa Birliyindən çıxarılmasını tələb edib

İsveç nümayəndəsi İran səfirlərinin Avropa Birliyindən çıxarılmasını tələb edib
06.01.2023 13:37
İsveçin Avropa Parlamentindəki nümayəndəsi İran səfirlərinin Avropa Birliyindən çıxarılmasını tələb edib. Bu barədə İran mediasında məlumat yayılıb.


Əbir Əl Səhlani  bunun Tehran hökumətinin Fransaya qarşı təhdidlərinə cavab olaraq həyata keçirilməsini istəyib.

"İran hökumətinin karikaturaya görə başqa bir ölkəni təhdid etməsi sadəcə gülüncdür və mollaların nə qədər qorxduğunu açıq şəkildə göstərir”- o vurğulayıb.
 
Fransanın "Şarli Abdo" nəşri son sayında İran liderinin İranda xalq etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc etdikdən sonra Tehran rejimi Fransanı təhdid edib.
 
Daha əvvəl Fransanın Tehrandakı səfiri Nikolas Roş Fransanın xarici işlər naziri Ketrin Kolonnanın açıqlamalarına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransanın xarici işlər naziri Ketrin Kolonnanın parlamentdəki qəbuledilməz açıqlamaları və parlamentin İranda baş verən hadisələrlə bağlı müdaxiləci qərarının parlamentdə təsdiq edilməsinə cavab olaraq səfir Roşun Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd edilib.

Açıqlamada rəsmi Parisin İrana qarşı əsassız ittihamları pislədiyi və bu ittihamların qəbuledilməz olduğu bildirilib.

"Fransa və bəzi digər Avropa ölkələrinin insan haqları məsələsindən sui-istifadə etdiyi" vurğulanan açıqlamada "Bu ölkələrin millətlərin hüquqlarına zidd olan təktərəfli və məcburi yanaşmalara əl ataraq insan haqları iddiaları irəli sürmək səlahiyyəti yoxdur" deyilib.

Açıqlamada Fransa səfiri Roşun məsələni rəsmi Parisə çatdıracağı bildirilib.

 
Aytac


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol