İranın keçmiş əfqan komandoları Ukraynada döyüşə cəlb edilib
Əfqanlar Ukraynaya qarşı döyüşlərdə iştirak etmək üçün cəlb olunub. Bunu "Business Insider”in yaydığı məqalədə qeyd olunub.
Bildirilir ki, onlara aylıq 1500 dollar maaş, əsgər ailələri üçün Rusiyada yaşamaq icazəsi, pasportlar təklif edilir. Yüksək rütbəli zabitlərə 2500 dollar maaş veriləcəyi bildirilib.
Döyüşçülədən yarısı Pakistana, bir neçə nəfər isə Tacikistana gedib. Ancaq onların çoxu, 2000-5000 arası İrana qaçıb. Onların, əsasən, Tehran və Məşhəddə cəmləşdikləri qeyd olunub. 14 000 keçmiş komando Milli Müqavimət Cəbhəsi adı altında müxtəlif müxalifət qruplarının sıralarında döyüşür.
İranın Əfqanıstandakı konsulluğunun da Ukraynada döyüşmək istəyən könüllülərin ölkəni tərk etmələrinə yardım göstərdiyi bildirilir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox