Türkiyə ilə Ermənistan arasında hava yolu ilə yükdaşımalar başladı
Bu gün Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb.Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan "Armenia Today” agentliyinə bildirib.
O xatırladıb ki, Ermənistan və Türkiyə arasında yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi "iki ölkənin xüsusi nümayəndələrinin 2022-ci ilin iyulunda keçirilən görüşündə əldə olunan razılaşmalardan biridir”.
"Üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyini gözlənilir”, - Hunanyan vurğulayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox