Stepanyan "erməni soyqırımı"nı tanıyan ölkələri Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Qondarma Dağlıq Qarabağın Ombusdmanı Geqam Stepanyan Twitter-də "erməni soyqırımı"nı tanıyan ölkələrə müraciət edərək onları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
""Erməni soyqırımı"nı tanıyan ölkələr öz qətnamələrində "Bir daha heç vaxt!” elan ediblər. "Artsax"ın müstəqilliyini tanıyın, Azərbaycana qarşı sanksiyalar tətbiq edin, Artsax ermənilərinin həyat və hüquqlarının müdafiəsi üçün məsuliyyət daşıyın və "Bir daha heç vaxt!” bəyanatınıza sadiq olduğunuzu sübut edin”, – Stepanyan yazıb.
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin müddətdə ermənilər azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq iki dəfə aksiya keçirib. Onların aksiya keçirməsində əsas səbəb Laçın dəhlizinin bağlı olmasına görə ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum olmaq olub.
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan tərəfini yolu açmağa çağırıb.
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
www.anews.az

Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox