BQXK-nın avtomobilləri Xankəndindən Laçın istiqamətinə növbəti dəfə maneəsiz hərəkət edib
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Ümumilikdə 4 avtomobil Xankəndindən Laçın istiqamətinə keçid edib.
Avtomobillərin içərisində qadınlardan və uşaqlardan ibarət bir neçə erməni ailəsi vardı.
Humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 27 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər