Tehranda silahlı şəxslər universitetə atəş açıb, xəsarət alan var
Naməlum şəxslər İranın paytaxtı Tehranda yerləşən "Əllame Təbatəbai” Universitetini atəşə tutub.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Hücum edənlər universitet işçilərindən birinə atəş açıblar, bundan sonra hadisə yerindən qaçıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Silahlı şəxslər bir müddət həmin şəxsi təqib ediblər, ona atəş açan şəxsin üzü maskalı olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox