Urmu Universiteti bağlanıb - SƏBƏB
İranda Urmu Universiteti semestr sonu imtahanların bitməsinə az qalmış qazın təzyiqinin azalmasına görə bağlanıb. Bu barədə İran mətbuatı məlumat yayıb.
Urmu Universiteti havaların soyuq keçməsini əsas gətirib.
"Unuveristetdə qaz istehlakının azaldılması və məişət istehlakçıları üçün qazın kəsilməsinin qarşısının alınması üçün bu həftə keçirilməli olan imtahanları ləğv etdiyini və bütün təhsil, tədqiqat və inzibati şöbələrin bağlandığını açıqlayıb"- universitetdən bildirilib.
İranda 3 aydır davam edən aksiya müddətində universitetin inzibati komissiyası və təhlükəsizlik qurumunun göstərişi ilə etiraz aksiyalarına qoşulan 50 tələbənin təhsili dayandırılıb.
Bu müddət ərzində həbs olunan 19 min nəfərə yaxın etirazçının təxminən 687 nəfəri bu universitetin tələbəsidir.
Bu müddət ərzində həbs olunan 19 min nəfərə yaxın etirazçının təxminən 687 nəfəri bu universitetin tələbəsidir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox