• $
  • £

Pakistanda təbii fəlakət 15 min insanın ölümünə və yaralanmasına səbəb olub

Pakistanda təbii fəlakət 15 min insanın ölümünə və yaralanmasına səbəb olub
10.01.2023 10:41
Pakistanda 2022-ci ildə baş vermiş təbii fəlakət 15 min insanın ölümünə və yaralanmasına səbəb olub.  Bu barədə Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə "İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfrans zamanı deyilib.
 
Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb
 
2022-ci ildə baş vermiş təbii fəlakət ölkə ərazisinin üçdə birini su altında qoyub, 15 min insanın ölümünə və yaralanmasına, eləcə də 33 milyon insanın köçkün düşməsinə səbəb olub.

Dünya Bankı Qrupunun hesablamalarına görə, həmin daşqınların nəticəsində təxminən 9 milyon insan yoxsulluğa düçar ola bilər.
 
Pakistan BMT sistemi, Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı və Avropa İttifaqının dəstəyi ilə Fəlakət Sonrası Ehtiyacların Qiymətləndirilməsi Planını hazırlayıb və daşqınların törətdiyi zərərin 14,9 milyard, iqtisadi itkilərin 15,2 milyard, yenidənqurma ehtiyaclarının isə 16 milyard ABŞ dollarını keçdiyini müəyyən edib.
 
Bu, Pakistan tarixində ən dəhşətli təbii fəlakət hesab olunur.
 
Prezident İlham Əliyevin tapşırığına əsasən təşəbbüsə dəstək məqsədilə Azərbaycan tərəfindən əlavə 2 milyon ABŞ dolları həcmində humanitar məqsədli maliyyə yardımı göstəriləcək

Lida Abbaslı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol