• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Neftin qiyməti ucuzlaşır

Neftin qiyməti ucuzlaşır
10.01.2023 11:05
Neftin dünya bazarında qiymətidavamlı yükksəlişdən sonra yanvarın 9-dan başlayaraq ucuzlaşmağa başlayıb. 

Londonun ICE Futures birjasında bu gün  saat 9:08-ə olan Brent markalı neftin mart fyuçerslərinin dəyəri bir barel üçün $79,16 təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən $0,49 (0,62%) ucuzdur. Bazar ertəsi ticarət nəticəsində bu kontraktlar 1,08 dollar (1,37%) artaraq 1 barel üçün 79,65 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin fevral fyuçerslərinin qiyməti bu dəfə 0,40 dollar (0,54%) azalaraq 1 barelə üçün 74,23 dollar təşkil edib. Əvvəlki günün sonuna bu müqavilələrin dəyəri 0,86 dollar (1,17%) artaraq 74,63 dollar/barel təşkil edmişdi. 

Ötən həftənin sonunda Brent 8,5%, WTI 8,1% ucuzlaşıb.

Trading Economics nəşrinə görə, neft bazarında qiymətlər ABŞ Federal Ehtiyat Sistemi (FRS) rəhbərliyinin  bəyanatlarının təzyiqi altında dəyişməyə başlayıb. 
 
Belə ki, San-Fransisko Federal Ehtiyat Bankının (FRB) rəhbəri Meri Deyli bildirib ki,  ABŞ mərkəzi bankı inflyasiya ilə mübarizə aparmaq üçün uçot dərəcəsini 5%-dən yuxarı qaldırmalı olacaq.

"Düşünürəm ki, 5%-dən yuxarı səviyyə tamamilə mümkündür", -  Deyli The Wall Street Journal-a bildirib. 

Deylinin həmkarı  Rafael Bostic də uçot dərəcəsinin 5%-dən çox qaldırılacağına dair fikirləri təsdiqləyib. Hazırda uçot dərəcəsinin diapazonu 4,25-4,5% təşkil edir.

Trading Economics həmçinin yazır ki, ay təqviminə əsasən gözlənilən Yeni il öncəsi Çin vətəndaşlarının səfərlərinin artması COVİD-19-a yoluxma hallarını artıra bilər. Bu da investorlarda təşviş yaradır və dünya bazarına təsir edir. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol