• $
  • £

AXCP-nin 8 üzvü aclıq aksiyasına başlayıb

AXCP-nin 8 üzvü aclıq aksiyasına başlayıb
10.01.2023 12:16
İctimai fəal  Bəxtiyar Hacıyevin həbsinə etiraz aksiyası zamanı həbs edilən Tofiq Yaqubluya dəstək olmaq məqsədi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının 8 üzvü aclıq aksiyasına başlayıb.  Bunu Partiyanın sədri Əli Kərimli yanvarın 9-da Toplum Tv-yə müsahibəsində deyib.

"Aksiyaya qoşulmaq istəyənlərin sayı çoxdur, amma yer probleminə görə, hələlik cəmi 8 nəfər aclıq aksiyası keçirir”, - o bildirib

Partiya sədri qeyd edib ki, yer problemini həll edən  kimi aclıq aksiyasına qoşulanların sayı artacaq. 

ABŞ Dövlət Departamenti Azırbaycan hakimiyyətini Bəxtiyar Hacıyev və Tofiq Yaqublunu tez zamanda azad etməyə çağırıb. Bu barədə departamentin brifinqində departamentin sözçüsü Ned Prays məlumat verib.
 
"Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalırıq. Və yenə də hökuməti öz vətəndaşlarının hüquqlarını, o cümlədən sülh yolu ilə fikirlərini ifadə etmək hüququnu gözləməyə çağırırıq", - Ned Prays bildirib

Dekabrın 23-də Milli Şuranın üzvü Tofiq Yaqublu  Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilən aksiyada polis tərəfindən saxlanılıb, daha sonra ona inzibati qaydada 30 gün həbs cəzası verilib.
 
Yanvarın 5-də Tofiq Yaqublu həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Bundan sonra, həyat yoldaşı Maya Yaqublu da ona dəstək məqsədi ilə yanvarın 7-dən ona qoşulub. 
 
Lida Abbaslı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol