Paşinyan Qarabağda yaşayan ermənilərə ayrılacaq pulun məbləğini açıqlayıb
Ermənistan 2022-ci ildə Qarabağda yaşayan ermənilərə 170
milyard dram ( 256,5 milyon dollar) maliyyə dəstəyi göstərib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfrasında bildirib.
Onun sözlərin görə, bu məqsədlə baş nazirin müavininin rəhbərliyi ilə işçi qrupu
da yaradılıb.
"Laçın dəhlizi ilə bağlı məsələni BMT Təhlükəsizlik
Şurasında da qaldırmışıq və bu, BMT Təhlükəsizlik Şurasının gündəliyində qalır.
Təbii ki, mən də Rusiya sülhməramlı qoşunları ilə bağlı mövqe bildirmişəm. Bir
daha diqqəti cəlb etməliyəm ki, bəli, Rusiya sülhməramlı kontingenti Laçın dəhlizinin
normal fəaliyyətini təmin etməlidir. Bu, üçtərəfli bəyanatda aydın şəkildə ifadə
olunub.
Lakin o, faydalı qazıntı yataqlarına Azərbacan ekoloqlarının missiyasının nə vaxt buraxılacağı məsələsinə aydınlıq gətirməyib.
Dekabrın 12-dən azərbaycanlı ekoloqlar Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə etiraz aksiyası keçirir. Bu gün aksiyanın 30-cu günüdür. Aksiya iştirakçıları faydalı yataqların qanunsuz istismarı etiraz edir. Azərbaycanlı ekoloqların etirazına cavab olaraq Xankəndində yaşayan ermənilər bu dövr ərzində iki dəfə aksiya keçirib. Onlar yolun açılmasını tələb edirlər.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Aksiya başlandığı gündən Azərbaycan və Ermənistana bir çox ölkələr tərəfindən çağırışlar olub. Çağırışlar hər iki ölkəni gərginliyi azaltmağa yönəlib.
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər