• $
  • £

İranda edam olunacaq şəxslərin sayı açıqlanıb

İranda edam olunacaq şəxslərin sayı açıqlanıb
10.01.2023 13:47
İranda etiraz aksiyalarında iştirak edən 109 nəfərin edam olunacağı gözlənilir. Bu barədə İranın "RadioFar" informasiya agentliyi məlumat yayıb.
 
İran İnsan Hüquqları Təşkilatının məlumatına görə, etirazlar başlayandan Sistan və Bəlucistanda azı 131, Tehranda 56, Qərbi Azərbaycanda 54, Kürdüstanda 53, Mazandaranda 39, Gilanda 25, Kirmanşahda 24, Əlborzda 24 nəfər, İsfahanda 14 nəfər, Xuzistanda 12 nəfər, Farsda 12 nəfər, Rəzəvi Xorasanda 7 nəfər, Şərqi Azərbaycanda 4 nəfər, Zəncanda 3 nəfər, Lorestanda 3 nəfər, Mərkəzidə 3 nəfər, Qəzvində 3 nəfər, Həmədanda 2 nəfər, Kohguliyə və Boyer Əhməddə 2 nəfər, İlamda 2 nəfər, Ərdəbildə 2 nəfər, Buşehrdə 2 nəfər, Hormozqanda 2 nəfər, Semnanda 1 nəfər və Gülistanda 1 nəfər öldürülüb.

Avropa Birliyinin Xarici Əlaqələr Xidmətinin baş katibi Stefano Sanino İranın Avropa Birliyindəki səfiri Hüseyn Dehqanini çağırararaq bu ölkədəki son etirazlarla bağlı edamların dayandırılmasını tələb edib.

Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borelin həbs edilmiş iki etirazçı Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyninin edam edilməsi ilə bağlı mesajını çatdıraran AB təmsilçisi, məhbusların edamına görə Avropa Birliyinin dəhşət içində olduğunu bildirib.

Avropa Birliyinin istənilən halda ölüm hökmünün əleyhinə olduğuna diqqət çəkən Sanino, Avropa Birliyi və üzv ölkələrin İranın hərəkətlərinə qarşı həmrəy olduğunu söyləyib
 
 
Aytac Zeynalova
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol