• $
  • £

Azərbaycanda əsgər intiharlarında günahkar komandirlərdir - DEPUTAT

Azərbaycanda əsgər intiharlarında günahkar komandirlərdir - DEPUTAT
10.01.2023 15:09
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Vüsal Məmmədov  2023-cü il yanvarın 9- da odlu silahdan atəş açmaqla özünü öldürüb.
 
Bu, 2023-cü ildə ilk əsgər intiharı hadisəsidir. Ötən il hərbi xidmətdə 20-dən çox əsgər intihar edib.  
 
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə,  əsgər intiharları müxtəlif səbəblərdən baş verə bilər. Bura şəxsi problemləri, hərbi xidmətdə olduğu zaman əsgər yoldaşları və komandirləri ilə hər hansı problem yaşama, ailə məsələləri və digər ehtimallar daxildir.
 
Exspert qeyd edib ki, ötən il Azərbaycan ordusunun 100-ə yaxın əsgərini qeyri-döyüş şəraitində ölüb. 
 
"Bu  çox ciddi rəqəmdir. Bunların baş verməməsi üçün komandirlər tabeliyində olan hər bir əsgərə, çavuşa, zabitə öz doğma övladı kimi yanaşmalı, onların qayğı və problemləri ilə yaxından maraqlanmalıdır”, - Üzeyir Cəfərov bildirib.
 
Ekspert bildirib ki, nazirlik, hərbi hissələrin komandirlərinə belə hallarla bağlı mütəmadi əmrlər verilir, lakin bunlar formal xarakter daşıyır, icra olunmur.
 
"Əmrlərdə verilən tapşırıqlara əsasən, hər bir əsgərlə fərdi danışıqlar aparılmalı, onun problemləri ilə maraqlanmalı, arzu və istəkləri dinlənilməlidir. Bu cür hallarda əsas məsuliyyət komandirlərin üzərinə düşür”, - Cəfərov deyib.
  
Deputat Aqil Abbas hesab edir ki, əsgər intiharlarında əsas günah komandirlərin payına düşür.
 
"Əsgərlərlə sərt rəftar onların intiharına yol aça bilər. Və yaxud Laçında, digər sərt hava şərait olan ərazilərdə hərbi xidmətə dözə bilməyən əsgərlər olur ki, belə halda da intihar edə bilərlər. Komandirlər onların yerini tez zamanda dəyişməlidir”, - deputat deyib.
 
Aqil Abbas bildirib ki, hüquq-mühafizə orqanları belə məsələləri dəqiq araşdırmır, o səbəbdən də, məsələnin həlli mexanizmi dəqiq hazırlana bilmir.  
 
"Əsgər intiharlarına görə, kiminsə cəzalandırılmasına hələ ki, rast gəlməmişəm”, - deputat deyib.
 
Xəzər Müdafiə Tədqiqatları İnstitutunun (CDSİ) monitorinqinin nəticələrinə görə, 2022-ci ildə Azərbaycanda ümumilikdə 22 hərbçi intihar edib. Monitorinqə əsasən, ötən ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçusunu itirib. Hərbi qulluqçulardan 87-si Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazisindən atılan atəş nəticəsində güllə yarasından (85 nəfər güllə yarasından, 2 nəfər mina partlayışı nəticəsində həlak olub, red), 58-i isə qeyri-müəyyən şəraitdə ölüb. 
 
Lida Abbaslı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol