Omikronun XBB.1.5 variantına yoluxanların sayı getdikcə artır - ÜST
Omikronun XBB.1.5 variantına yoluxma hallarına az rast gəlinsə də xəstəlik artan sayda qeydə alınır. Bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Kluge bu gün keçirdiyi mətbuat konfransında bildirib
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun XBB.1.5 sub-variantının təsirinin qiymətləndirilməsi üzərində işləyir və biz onun potensial təsirini qiymətləndirmək üzərində çalışırıq”, - o deyib.
Hans Kluge bildirib ki, ölkələrin bəzilərindən əldə edilən son məlumatlar yeni XBB.1.5 virusunun artan mövcudluğunu göstərməyə başlayıb.
XBB.1.5 nədir?
Bu, qlobal miqyasda üstünlük təşkil edən Omikron Covid variantının başqa bir qoludur. Omicron, 2021-ci ilin sonunda ortaya çıxandan bəri əvvəlki Alpha, Beta, Gamma və Delta koronavirus variantlarını üstələmişdi.
XBB.1.5, 2022-ci ilin sentyabrında Böyük Britaniyada yayılmağa başlayıb.
Kembricdəki Wellcome Sanger İnstitutunun doktoru Ewan Harrison hesab edir ki, XBB.1.5, ehtimal ki, kimsə iki fərqli Omikron növünə yoluxduqda yaranıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) XBB.1.5-in indiyə qədər görülən digər alt-variantlara nisbətən yeni növün "artım üstünlüyünə" malik olduğunu təsdiqləyib.
Lakin ÜST bildirib ki, bu günə qədər onun əvvəlki Omikron variantlarından daha ciddi və ya zərərli olduğuna dair heç bir əlamət yoxdur.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox