2022- ci ildə Azərbaycanın ümumi daxili məhsulu rekord həddə çatıb - PREZİDENT
2022- ci ildə Azərbaycanın ümumi daxili məhsulu 134 milyard manata çatıb. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
"Məlumdur ki, müharibədən sonra heç kimdən kömək almamışıq. Ancaq Qazaxıstan və Özbəkistanın prezidentləri Füzulidə iki məktəbin tikintisinə istəyərək təşəbbüs göstərmişlər. Keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son statistikaya nəzər salsaq, Azərbaycanın ümumi daxili məhsulu 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Bununla da deyə bilərik ki, bizim xarici borcumuz azalıb”,- prezident bildirib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər