ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırdığını da bildirib. Bu barədə ATƏT-in saytı xəbər verir.
Məlumata görə, bu günlərdə Osmaninin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon söhbətində Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
"Osmani vurğulayıb ki, Laçın yolu ətrafındakı vəziyyəti diqqətlə izləyir. ...O, bütün tərəfləri gərginliyi azaltmağa və konstruktiv dialoqa başlamağa çağırıb”, - məlumatda vurğulanır.
Osmani "gərginliyin azaldılmasına kömək etmək və davamlı sülhə nail olmaq üçün şəxsən danışıqlar prosesinə töhfə vemrəyə hazır olduğunu" bildirib.
Buyar Osmani 2008-2011-ci illərdə Makedoniya Respublikasının səhiyyə naziri olub. bu ölkənin xarici işlər naziridir. 2004-cü ildə Skopye Universitetinin Tibb fakültəsini bitirib. 1998-2003-cü illərdə Fan S.Noli Gənclər Assosiasiyasının katibi olub.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər