Boeing təyyarə satışını 1,4 dəfə artırıb
Amerika təyyarə istehsalçısı "Boeing Co.” 2022-ci ildə müştərilərə kommersiya təyyarələrinin satışını 1,4 dəfə artıraraq bir il əvvəlki 340 laynerdən 480-ə çatdırıb.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, satılan təyyarələrin əsas hissəsi, yəni 387 təyyarə Boeing7 37 laynerinin payına düşüb.
Dördüncü rübdə Boeing müştərilərə 152 təyyarə, o cümlədən 110 ədəd Boeing737 layneri göndərib.
Boeing-in əsas rəqibi Airbus SE 2020-ci ildən bəri satış həcmində onu qabaqlayır. Amerika aviaşirkəti konserninin mövqelərinin pisləşməsinə 2019-cu ildə İndoneziya və Efiopiyada baş vermiş iki təyyarə qəzası olub. Belə ki, bundan sonra Boeing 737 MAX təyyarələrinin dünya üzrə uçuşlarının dayandırılmalı olub. 2020-ci ilin sonundan etibarən ABŞ, Avstraliya, Kanada və 31 Avropa ölkəsi də daxil olmaqla 190-dan çox ölkədə 737 MAX təyyarəsi fəaliyyətini bərpa edib.
Boeing-in əsas rəqibi olan Airbus 2022-ci il dekabrın əvvəlində bildirdi ki, ağır bazar mühiti səbəbindən 2022-ci ildə qarşıya qoyduğu 700 təyyarə istehsal etmək hədəfinə çata bilməyib. Bununla belə şirkət illik rəqəmin bu hədəfə yaxın olacağını bildirib.
Boeing səhmləri çərşənbə axşamı bazarda öz dəyərini 0,2%, Airbus isə 2% itirib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox