• $
  • £

KTMT təlimlərinin ləğvi ilə bağlı İrəvandan bildiriş almayıb - KTMT rəsmisi

KTMT  təlimlərinin ləğvi ilə bağlı İrəvandan bildiriş almayıb - KTMT rəsmisi
11.01.2023 14:35
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi Ermənistanda keçirilən "Sarsılmaz Qardaşlıq-2023” təliminin ləğvi ilə bağlı İrəvandan rəsmi bildiriş almayıb. Bu barədə çərşənbə günü TASS-a KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib.


"Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsi tərəfindən qəbul edilmiş 2023-cü il üçün KTMT-nin kollektiv təhlükəsizlik sisteminin güc və vasitələrinin komandanlıq-nəzarət orqanlarının və birləşmələrinin birgə təlimi planı KTMT Sülhməramlı Qüvvələri ilə təlimin keçirilməsini nəzərdə tutur.  Bu il Ermənistan torpaqlarında bu təlimin keçirilməsi zərurəti daha əvvəl İrəvanda da təsdiqlənib. Hazırda KTMT Katibliyi təşkilatda müəyyən edilmiş qaydada bu təlimlərin ləğvi ilə bağlı Ermənistan tərəfdən rəsmi bildiriş almayıb”, - təşkilat qeyd edib.


Yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi məətbuat konfrasında jurnalistlərə müsahibə verərək bildirib ki, Rəsmi Yerevan  2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda hərbi  təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. 
 
"Biz bəyan edirik ki,  2023-cü ildə KTMT-nin Ermənistanda  təlimlərinin keçiriməsi məqsədəuyğun hesab etmirik", - Paşinyan deyib.
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.


2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 


Rusiya Müdafiə Nazirliyinin planları Ermənistanda KTMT-nin tənqidi fonunda açıqlanıb. Belə ki, 2022-ci il noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib, ondan sonra Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və "Azərbaycan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” sənədləri imzalamaqdan imtina edib. O, bəyan edib ki, KTMT Ermənistan-Azərbaycan sərhədində eskalasiyaya aydın qiymət verməyib və bu, təşkilatın müttəfiqlik öhdəliklərindən imtina etməsi anlamına gələ bilər.


2022-ci il noyabrın 27-də KTMT Ermənistana dəstək tədbirləri təklif edib, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Ermənistan-Azərbaycan sərhədinə missiya göndərib. 
 
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub.  Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.


Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol