BMT- Yaxın 40 ildə dünyanın bütün regionlarında ozon təbəqəsi bərpa olunacaq
Yaxın 40 ildə Antarktida da daxil olmaqla dünyanın bütün regionlarında ozan qatı tədricən bərpa olunacaq. Bu barədə BMT-nin Ətraf Mühit Proqramı öz saytında məlumat yayıb.
www.anews.az
Bildirilir ki, ozon təbəqəsi Antarktika 2066-cı il, Arktika 2045-ci ilə və dünyanın qalan hissəsində 2040-cı ilə qədər bərpa olunaraq 1980-ci ildəki səviyyəyə çatdırılacaq.
BMT-nin Ətraf Mühit Proqramının proqarmında qadağan olunmuş ozonu məhv edən maddələrin demək olar ki, 99%-nin mərhələli şəkildə ləğv edilməsi ozon təbəqəsinin qorunmasına kömək edib, nəticədə insanların günəşin zərərli ultrabənövşəyi şüalarına məruz qalması azalıb.
Alimlər protokolun artıq iqlimə müsbət təsirini təsdiqləyiblər.
"Ultrabənövşənin gözlənilməz təsirləri stratosferik temperatura, dövriyyəyə və ozonun istehsalı, məhv edilməsi və daşınma sürətinə də təsir edə bilər"
Monreal Protokolu Yer kürəsinin ozon təbəqəsini məhv edən kimyəvi maddələri mərhələli şəkildə ləğv etməklə onu qorumaq üçün beynəlxalq müqavilədir.
O, 1989-cu ildə qüvvəyə minib və dünyanın ən uğurlu ekoloji sazişlərindən biri hesab olunur. Rusiya hökuməti protokol üzrə öhdəliklərinin bir hissəsi olaraq, 2022-ci ildə Rusiya sənayesində planetin ozon qatına mənfi təsir göstərən maddələrin ümumi istifadəsini 20% azaldaraq 363 metrik tondan 291 tona endirib. Həmçinin, Rusiya hər il ölkəyə ozon qatını parçalayan maddələrin idxalına məhdudiyyətlər qoyub.
Antarktika ozon dəliyinin ərazisi və dərinliyi haqqında məlumat 2000-ci ildən verilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox