İranda bu günə qədər həbs olunan şəxslərin sayı açıqanıb
İranda aksiyalar başlayandan 19 396 nəfər həbs olunub, 519 nəfər həlak olub. Bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.
Məlumata görə, həbs olunanlardan 4 888 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Hüquq müdafiəçiləri bildirir ki, həbs olunanlardan 708 nəfəri tələbədir.
Ölkənin 163 şəhərini əhatə edən aksiyalarda ölənlərin ən çox olduğu əyalətlərdə Sistan və Bəluçestan 131, Tehran 56, Qərbi Azərbaycan 54, İran Kürdüstanda 53 nəfər öldürülüb.
İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır.
HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.
İranda aksiyanın başlanma səbəbi 2022-ci il sentyabrın 13-də Tehrana gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması olub. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Burnu qırılan Məhsa aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib.
Aytac Zeynalova
www.anews.az
Həlak olan şəxslərin 70-nin yaşı 18-dən azdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox