Rusiya Britaniya vətəndaşını “qara siyahı”ya alıb
Rusiya Böyük Britaniyanın Nazirlər Kabinetinin, təhlükəsizlik orqanlarının və jurnalist korpusunun 36 nümayəndəsini qara siyahıya aldığını vurğulayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, qərar "şəxsi sanksiyalar mexanizmini fəal şəkildə tətbiq etməyə davam edən Britaniya hökumətinin anti-Rusiya kursu” ilə əlaqədar qəbul edilib.
Daha əvvəl Rusiya Federasiyası Böyük Britaniyanın 49 vətəndaşına qarşı qadağalar tətbiq edib.
Bildirilib ki, sanksiya tətbiq edilən şəxslərdən 29-u jurnalist, digərləri müdafiə sənayesi ilə əlaqəsi olanlardır. Nazirlikdən verilən məlumata görə, bu qərar Britaniya hakimiyyətinin hərəkətlərinə qarşı cavab olaraq qəbul edilib.
Jurnalistləri Rusiya Xarici İşlər Nazirliyinin "qara siyahı"sına salınan nəşrlər bunlardır: "The Guardian", "The Daily Telegraph", "Sky News", "The Times", BBC, "Channel 4 News", ITV, "Daily Mail", "The Independent", "Financial Times", "The Sunday Times" olub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox