Burkina-Fasoda 60-ya yaxın qadın qaçırılıb
Silahlılar Burkina-Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar.
Bu barədə AFP Arbinda şəhərinin rəhbərliyinə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, yanvarın 12 və 13-də yaraqlılar şəhərin yaxınlığında meşəlik ərazidə giləmeyvə yığan qadın qruplarına iki hücum həyata keçirib. Ordu bölmələri və yerli özünümüdafiə qüvvələri oğurlananların axtarışını davam etdirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox