• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb

Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
20.04.2026 21:47

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq səviyyədə mühüm uğura imza atıb.

Nazirlikdən verilən məlumata görə, Dövlət Xidməti “International Business Magazine” beynəlxalq media qurumunun 2026-cı il üzrə təşkil etdiyi müsabiqədə “Mədəni irs üzrə ən yaxşı data innovasiyası” (“Best Cultural Heritage Data Innovation Azerbaijan”) nominasiyasında qalib elan olunub.

Mükafatın Mədəniyyət Nazirliyinin yaradılmasının növbəti ildönümündə (20 aprel 2018-ci il) əldə olunması bu uğura xüsusi rəmzi məna qazandırır və əlamətdar tarixə mühüm töhfədir.

Adıçəkilən mükafat mədəni irsin qorunması və idarə olunması sahəsində innovativ yanaşmalara, xüsusilə müasir texnologiyaların tətbiqi və məlumat bazalarının effektiv idarə edilməsinə görə təqdim olunur.

Dövlət Xidməti tərəfindən həyata keçirilən layihələrdə mədəni irs obyektlərinin rəqəmsallaşdırılması, məlumatların sistemli şəkildə toplanması və idarə olunması beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpası və təbliği istiqamətində görülən işlər, bu sahədə tətbiq edilən innovativ data həlləri də xüsusi qeyd olunub.

Bu nailiyyət həm ölkənin mədəni irs sahəsindəki beynəlxalq nüfuzunun möhkəmlənməsinə, həm də rəqəmsallaşma istiqamətində həyata keçirilən fəaliyyətin qlobal səviyyədə tanınmasına verilən qiymətdir.

“International Business Magazine” tərəfindən təşkil olunan müsabiqələrdə müxtəlif ölkələrdən dövlət qurumları, tədqiqat institutları və beynəlxalq təşkilatlar iştirak edir və fərqlənən qurumlar mükafatlandırılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Cəmiyyət 14:08
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 13:46
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Ağdam şəhərinə köç olub
Cəmiyyət 13:36
Ağdam şəhərinə köç olub

Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Cəmiyyət 13:21
Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Cəmiyyət 13:20
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır
Cəmiyyət 13:11
Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır

Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Cəmiyyət 13:09
Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Cəmiyyət 12:42
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Cəmiyyət 12:32
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol