• $
  • £

Dneprdə ölənlərin sayı 35-ə çatıb - YENİLƏNİB

Dneprdə ölənlərin sayı 35-ə çatıb - YENİLƏNİB
16.01.2023 13:12
Ukrayna Silahlı Qüvvələri üçüncü dəfə Donetskdəki MLRS-dən 10 raket atıb. Bu barədə TASS- da məlumat yayılıb.

Məlumata görə, səhər üçüncü dəfə Ukrayna Silahlı Qüvvələri MLRS-dən Donetskə 10 raket atıb.
 
******

Rusiya Federasiyasının Dneprdəki hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirdiyi yerdə ölənlərin sayı 35-ə çatıb. Bu barədə Ukrayna mediasında məlumat verilib.


Dnepropetrovsk administrasiyasının rəhbəri Valentin Rezniçenkonun sözlərinə görə, gecə saatlarında xilasedicilər Rusiya raketi ilə dağıdılmış hündürmərtəbəli binanın dağıntıları altından daha bir neçə ölü çıxarıblar.

"Düşmənin hücumu 35 bina sakininin həyatına son qoyub. Onlardan ikisi uşaqdır. 39 nəfər xilas edilib, daha 75 nəfər isə yaralıdır.. Yaralılar arasında 14 uşaq da var. Daha 35 bina sakininin taleyi naməlumdur, dağıntılar altında olan insanların axtarışı davam edir”, - o yazıb.

Yanvarın 14-də rus ordusu növbəti dəfə Ukrayna şəhərlərini kütləvi şəkildə raket atəşinə tutub. Bu zaman X-22 raketi Dneprdə doqquzmərtəbəli yaşayış binasına düşüb. 

Xilasetmə və axtarış əməliyyatı davam edir.
 
 
*******
 
Rusiya ordusunun Dneprdə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
 
Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.
 
Bildirilir ki, hadisə nəticəsində 73 nəfər yaralanıb. Onlardan 30-u xəstəxanadadır, 12-sinin vəziyyəti ağırdır. V.Rezniçenko 40-dan çox sakinin hələ də itkin hesab edildiyini vurğulayıb.
 
***

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb. Bu barəfə  "NEXTA" xəbər verib.
 
***

Rusiya hərbçiləri Dneprdə yaşayış binasını raketlə zərbə endirib. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko teleqram kanalında yazıb.

 
Onun sözlərinə görə, Fövqəladə Hallar Dövlət Xidməti və digər qurumlar hadisə yerində işləyirlər.
 
İrimiqyaslı raket hücumu nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.
 
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol