Azərbaycan və BƏƏ birgə yaşıl enerji layihələri haqqında razılığa gəliblər

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Birləşmiş Ərəb Əmirliyinin Masdar şirkəti Əbu-Dabidə yaşıl enerji sahəsində layihələrin birgə işlənib hazırlanmasına dair bir sıra sazişlər imzalayıblar. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Masdar BƏƏ-nin ən böyük bərpa olunan enerji layihəsi şirkətidir. Şirkət artıq Azərbaycanda bir layihəni - 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını həyata keçirir. Stansiyanın ildə 0,5 milyard kilovatsaat elektrik enerjisi istehsal edəcəyi və atmosferə atılan tullantıların miqdarını ildə 200 min tondan çox azaldacağı gözlənilir.
www.anews.az
"SOCAR və Masdar arasında 2 QVt gücündə dəniz külək və hidrogen layihələrinin birgə işlənməsi haqqında saziş, o cümlədən gücü 1 QVt olan günəş fotoelektrik layihələrinin və quruda gücə malik külək stansiyalarının birgə işlənməsi haqqında saziş imzalanıb, - açıqlamada bildirilib.
Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənir.
Masdar BƏƏ-nin ən böyük bərpa olunan enerji layihəsi şirkətidir. Şirkət artıq Azərbaycanda bir layihəni - 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını həyata keçirir. Stansiyanın ildə 0,5 milyard kilovatsaat elektrik enerjisi istehsal edəcəyi və atmosferə atılan tullantıların miqdarını ildə 200 min tondan çox azaldacağı gözlənilir.
Gülnar Nazimqızı
www.anews.az