• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Ötən il vergi daxilolmaları 82.2% artıb - Nazir

Ötən il vergi daxilolmaları 82.2% artıb - Nazir
16.01.2023 10:52
2022-ci il dövlət büdcəsinə vergi daxilolmaları 15 milyard 541.5 milyon manat təşkil edib, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 82.2 % çoxdur. Bu barədə İqtisadiyyat naziri Milayıl Cabbarov öz tvitter hesabında yazıb.
 
Bu dövr ərzində qeyri neft -qaz sektoru üzrə daxil olmalar da 2021-ci illə müqaisəd 27.8% artaraq 134.9 milyon manat təşkil edib. 
 
2023-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların ÜDM-yə nisbəti 12,7 faiz olmaqla dövlət büdcəsi gəlirlərinin 43,6 faizini və ya 13 milyard 402 milyon manat təşkil edəcək ki, bu da ötən ilin proqnozundan 1 milyard 662 milyon manat və ya 14,2 faiz, 2021- ci ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 872,8 milyon manat və ya 57,1 faiz çoxdur. 
 
2023-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 62,6 faizi və ya 8 milyard 385 milyon manatı qeyri-neft sektorunun, 37,4 faizi və ya 5 milyard 17 milyon manatı neft sektorunun payına düşür. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
İqtisadiyyat 17:12
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci
Qadınlar” yarmarkası
İqtisadiyyat 16:17
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
İqtisadiyyat 15:41
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol