• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Ötən il sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub

Ötən il sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub
16.01.2023 13:28
2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub. Bu barədə Azərbaycan Dəmir Yolları’’ QSC 2022-ci il üzrə fəaliyyətinin yekunları barədə açıqlamasında məlumat verib.

 
"İl ərzində 5 milyon 136 min sərnişin daşınıb. Bu, 2021-ci illə müqayisədə 84% çoxdur. Göstəricinin böyük bir hissəsi (5 milyon 8 min) Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir”, - məlumatda bildirilir.
 
O cümlədən, ötən il Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əlavə qatarlar xəttə buraxılıb.
 
Pandemiyadan əvvəl - 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 875 729 sərnişin daşınıb
 
2020-ci ilin martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının- Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı, Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı, Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı, Bakı-Yalama-Bakı elektrik qatarı və Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarının hərəkəti dayandırılmışdı. 
 
2022-ci ilin iyulunda  "Azərbaycan Dəmir Yolları" QSC pandemiya səngidikdən sonra Bakı-Gəncə-Bakı marşrutunu açsa da, Azərbaycanın digər rayonlarına səfərləri bərpa etməyib 

Lida

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
İqtisadiyyat 17:12
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci
Qadınlar” yarmarkası
İqtisadiyyat 16:17
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
İqtisadiyyat 15:41
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
İqtisadiyyat 15:25
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
İqtisadiyyat 15:00
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol