İşğaldan azad edilmiş ərazilərdə dəmir yolu xəttinin işlərinin 78%-i yerinə yetirilib

İşğaldan azad edilmiş ərazilərdə Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 78%-i yerinə yetirilib. Bu barədə Azərbaycan Dəmir Yolları’’ QSC 2022-ci il üzrə fəaliyyətinin yekunları barədə açıqlamasında məlumat verib
"2024-cü ildə yekunlaşdırılması planlaşdırılan açılmış uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 78%-i yerinə yetirilib, tikinti işlərinin isə 38%-i (53,2 km) icra edilib”, - məlumatda deyilir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində isə 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85%-i tamamlanıb
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 284 ton yük daşınıb və beləliklə 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 347 585 ton təşkil edib.
Lida
www.anews.az
"2024-cü ildə yekunlaşdırılması planlaşdırılan açılmış uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 78%-i yerinə yetirilib, tikinti işlərinin isə 38%-i (53,2 km) icra edilib”, - məlumatda deyilir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində isə 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85%-i tamamlanıb
Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində tikinti üzrə işlərin 64%-i yerinə yetirilib.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2021- ci ildən başlayaraq Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşası işlərini davam etdirir.
www.anews.az