Sumqayıt-Yalama dəmiryol xəttinin yenidənqurma işlərinin 48 faizi icra olunub

Sumqayıt-Yalama dəmiryol xəttinin yenidənqurma işlərinin 48%-i həyata keçirilib. Bu barədə Azərbaycan Dəmir Yolları’’ QSC 2022-ci il üzrə fəaliyyətinin yekunları barədə açıqlamasında məlumat verib.
‘Yol infrastrukturunun müasirlədirilməsi istiqamətində 363 km uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilmiş və tikinti işlərinin 48%-i icra olunub”, - məlumatda bildirilir
www.anews.az
‘Yol infrastrukturunun müasirlədirilməsi istiqamətində 363 km uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilmiş və tikinti işlərinin 48%-i icra olunub”, - məlumatda bildirilir
Layihənin tamamlanması gələcəkdə bu istiqamətdə daha çox yükün sürətlə və təhlükəsiz daşınmasına istiqamətlənib.
Sumqayır- Yalama dəmir yolu Avrasiya məkanında əlverişli coğrafi mövqeyi sayəsində Azərbaycan Respublikası ticarət, nəqliyyat-kommunikasiya əlaqələrini özündə birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin təmas xəttində yerləşir.
Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur.
Abşeron yarımadasını respublikanın Şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km, o cümlədən əsas yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, yoldəyişənlərin uzunluğu 7,5 km təşkil edir.
Lida
www.anews.az