• $
  • £

Çinin əhalisi 60 ildə ilk dəfə azalıb - KİV

Çinin əhalisi 60 ildə ilk dəfə azalıb - KİV
17.01.2023 10:24
Çində 2022 ci il əhalinin sayı 2021-ci illə müqayisədə 850 min nəfər azalaraq 1,411 milyard nəfərə düşüb. Bu barədə Çin Milli Statistika Bürosu açıqlama yayıb.

Hesabata görə, 2022-ci ildə yeni doğulanların sayı 9,56 milyon, ölənlərin sayı isə 10,41 milyon nəfər olub.

2022-ci ilin sonuna Çində kişilərin sayı 722,06 milyon, qadınların sayı 689,69 milyon nəfər təşkil edib. Əmək qabiliyyətli yaşda olanların (16-59 yaş) sayı 875,56 milyon nəfər təşkil edib ki, bu da ümumi əhalinin təxminən 62%-ni təşkil edib.
 
Eyni zamanda, 65 yaşdan yuxarı vətəndaşların sayı 209,78 milyon nəfərə çatıb ki, bu da ümumi əhalinin təxminən 14,9%-ni təşkil edib.

2022-ci ilin sonuna Çinin şəhər əhalisinin sayı illik müqayisədə 6,46 milyon artaraq 920,71 milyon nəfər təşkil edib. Kənd yerlərində yaşayanların sayı 7,31 milyon nəfər azalaraq 491,04 nəfər olub.

Çinin əhalisi 2022-ci ildə 60 ildə ilk dəfə azalmağa başlayıb

2022-ci ildə Çin əhalisi 1959-1961-ci illərdə ölkədə baş verən kütləvi aclıqdan sonra ilk dəfə azalmağa başlayıb. 

Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol