• $
  • £

Xankəndində qalan əcnəbi vətəndaşlar təxliyə olunub

Xankəndində qalan əcnəbi vətəndaşlar təxliyə olunub
17.01.2023 16:13
Xankəndində qalan əcnəbi vətəndaşlar Rusiya sülhməramlılarının vasitəsilə Laçın dəhlizindən çıxarılaraq təxliyyə edilib. Bu barədə Ruben Vardaryan məlumat paylaşıb. 
 
O bildirib ki, Laçın dəhlizinin bağlanmasından öncə Xankəndində qalan əcnəbilərin bəziləri öz ölkələrinə yola salınıb. 

2022-ci il dekabrın 12-də bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Laçın dəhlizini bağlayıb. Rəsmi Bakı bəyan edib ki, etiraz aksiyasının məqsədi heç bir yolu bağlamaq deyil və mülki nəqliyyat vasitələri hər iki istiqamətdə sərbəst hərəkət edə bilər.

İrəvan bunu humanitar fəlakət yaratmağa yönəlmiş təxribatı kimi qiymətləndirib. Respublikanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında bəyan edib ki,  blokadaya görə Qarabağda ərzaq qıtlığı yaranıb. Dekabrın 14-də Ermənistan Azərbaycanı Laçın dəhlizinin blokunu açmağa məcbur etmək tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
 
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da jurnalistlərə verdiyi müsahibədə bildirib ki, humanitar yardımların aparılmasında heç bir problem yoxdur və aksiya keçirildiyi dövr ərzində 400-dən çox sülhməramlı maşını Laçın dəhlizindən keçib. Prezident bəyan edib ki, Azərbaycan məqsədinə çatmayana qədər həmin yolda aksiya davam etdiriləcək.

Yanvarın 17-də Ermənistan mətbuatı məlumat paylaşaraq bildirib ki, Azərbaycan tərəfi Xankəndinə qazın nəqlini yenidən dayandırıb. "Azəriqaz" İB isə şirkətin bu barədə məlumatlı olmaması açıqlamasını verib.
 
Həmşinin bu gün Ermənistan mediasında Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın Laçın dəhlizinin blokunun açılması ilə bağlı 21 dekabr 2022-ci il tarixli qərarının icrasına nəzarət etmək məqsədilə Avropa Şurası Nazirlər Komitəsinə təcili bildiriş göndərilməsi ilə bağlı xəbər dərc olunub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol