• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb

Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
23.09.2026 00:31

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.

Görüşdə Azərbaycan-Kolumbiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun gücləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər iqtisadi əlaqələrin, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər. Həmçinin BMT də daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlıq, regional və beynəlxalq proseslər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda Azərbaycan və Kolumbiya hökumətləri arasında adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb.

Saziş iki ölkə arasında hüquqi və institusional əməkdaşlıq çərçivəsinin genişləndirilməsinə yönəlib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol