• $
  • £

İrandakı zəlzələdə 120 nəfər yaralanıb

İrandakı zəlzələdə 120 nəfər yaralanıb
18.01.2023 16:45
Çərşənbə günü günorta saatlarında İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın "Mehr” Agentliyi xəbər verir.
 
İlkin məlumatlara görə, zəlzələ yerin 12 km dərinliyində baş verib. Onun qonşu Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə və vilayətin bütün ətraf şəhərlərində hiss olunduğu bildirilir.

İranın Qızıl Aypara Cəmiyyəti zəlzələnin baş verdiyi ərazilərə axtarış-xilasetmə qrupları göndərdiyini, eyni zamanda zəlzələnin episentrinə yaxın olan bəzi kəndlərdə binalara dağıntılar olduğunu bildirib.

Gün ərzində 7 yeraltı təkan qeydə alınıb.

Son məlumatlara görə, Xoy əyalətinin 15-ə yaxın kəndində insanların evlərinə ziyan dəyib.

Xoy əyalətinin Böhran İdarəetmə rəsmisi Salem Xoeiy "Mehr”ə bildirib ki, zəlzələ nəticəsində tələfat yoxdur.

Son məlumatlarda zəlzələ nəticəsində 120-dən çox insanın xəsarət aldığı bildirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol