• $
  • £

Ermənistanda hərbçilərin ölümünə səbəb olan yanğın detalları açıqlanıb

Ermənistanda hərbçilərin ölümünə səbəb olan yanğın detalları açıqlanıb
19.01.2023 13:08
Ermənistanda 15 hərbçinin ölümünə səbəb yanğın təhlükəsizliyini qaydalarına düzgün əməl edilməməsindən baş verib. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan keçirilən mətbuat konfrasında məlumat verib.
 
 "Yanğın yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verib. Qadağan olunmuş vasitədən - motor benzinindən istifadə edilib, nəticədə yanğını söndürmək mümkün olmayıb”, - Papikyan bildirib.
 
İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan təsdiqləyib ki, yanğına səbəb benzin olub - ilkin versiyaya görə, onlar istilik sobasını benzinlə yandırmağa cəhd ediblər. Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 4-cü hissəsi ilə cinayət işi başlanıb.
 
Baş nazir Nikol Paşinyan xatırladıb ki, 2022-ci il dekabrın 21-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərbi hissələrdə yanğınların qarşısının alınması tədbirləri haqqında protokol imzalayıb, bu protokol xüsusilə yanar materiallardan istifadəni qəti qadağan edib.
 
Hadisə ilə bağlı müdafiə naziri yüksək rütbəli zabitlərin işdən çıxarılmasını təsdiqləyib. 
Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyan bildirib ki, yanğın qurbanlarından üçü Milli Yanıq Mərkəzində, ikisi isə reanimasiya şöbəsindədir.
 
Yanvarın 19-na keçən gecə ER Müdafiə Nazirliyinin Geqarkunik rayonunun Azad kəndi ərazisində yerləşən N saylı hərbi hissəsinin mühəndis-istehkamçı rotasının kazarmasında baş vermiş yanğın nəticəsində 15 əsgər həlak olub, üç nəfərin vəziyyəti ağırdır. Yanvarın 19-da Ermənistan Respublikasının Prezidenti ikinci ordu korpusunun komandiri Vahram Qriqoryanın vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
Dünya 16:06
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
İran Türkiyəyə ballistik raket atıb
Dünya 15:49
İran Türkiyəyə ballistik raket atıb
Xamenei ilə vida mərasimi ləğv edilib
Dünya 14:58
Xamenei ilə vida mərasimi ləğv edilib


Suriya İsrailin xəbərdarlığından sonra Livanla sərhəd-keçid məntəqəsini bağlayıb
Dünya 14:25
Suriya İsrailin xəbərdarlığından sonra Livanla sərhəd-keçid məntəqəsini bağlayıb

İranda 210 məktəb yaşayış yeri kimi istifadə olunur
Dünya 13:01
İranda 210 məktəb yaşayış yeri kimi istifadə olunur

ABŞ Pakistandakı konsulluqlarını bağlayır
Dünya 12:49
ABŞ Pakistandakı konsulluqlarını bağlayır

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib
Dünya 12:45
Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib

Hind okeanında ABŞ esminesivurulub
Dünya 10:42
Hind okeanında ABŞ esminesivurulub
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
Dünya 09:47
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol