Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-dən çox artıb

Bu il yanvarın 1-nə Azərbaycanda 1 milyon 400 min 824 vergi ödəyicisi olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,2 % çoxdur.
Sahibkarların 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 4,6 % (ümumi artımın 77,5 %-i) və 9,6 % (ümumi artımın 22,5 %-i) çoxdur.
www.anews.az