• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Azercell-in peşəkarları “İT-Akademiya”sının tələbələri ilə öz təcrübələrini bölüşüblər

Azercell-in peşəkarları “İT-Akademiya”sının tələbələri ilə öz təcrübələrini bölüşüblər
19.01.2023 17:28
Ölkənin lider mobil operatoru "Azercell Telekom”un mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "İT-Akademiya” layihəsinin tələbələri üçün  "İT-də yeni mütəxəssislərin istiqamətləndirilməsi" və "Öz brendini yarat” kimi aktual mövzuları əhatə edən təlim-seminar proqramı ilə çıxış ediblər. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "İT-Akademiya” layihəsinin bu təlimində 60-a yaxın tələbə iştirak edib. 

Tədbir çərçivəsində Azercell-in İnsan Resursları departamentinin Transformasiya və Təşkilatı İnkişaf üzrə eksperti,  Azercell Akademiyasının təlimçisi Vahidə Orucova və Azercell-in İnsan Resursları departamentinin Transformasiya üzrə konsultantı Fəxri Qurbanov iştirakçılara İT sahəsində uğurlu karyera qurmağın yolları və peşəkar inkişaf imkanları barədə məlumat təqdim edib, onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, fəaliyyət dövrü ərzində ölkədə yeni İT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına davamlı olaraq töhfə verən "Azercell Telekom” MMC bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
İqtisadiyyat 17:12
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci
Qadınlar” yarmarkası
İqtisadiyyat 16:17
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
İqtisadiyyat 15:41
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
İqtisadiyyat 15:25
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
İqtisadiyyat 15:00
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İqtisadiyyat 14:58
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol