• $
  • £

Qırğızıstanda rus dilindən İMTİNA OLUNUR

Qırğızıstanda rus dilindən İMTİNA OLUNUR
21.01.2023 20:30
Qırğızıstanın parlamenti "Qırğızıstan Respublikasının dövlət dili haqqında” konstitusiya qanununu birinci oxunuşda qəbul edib.

90 deputatdan 75-i dövlət qurumlarının işgüzarlığında qırğız və rus dillərinin statusunu müəyyən edən qanunun lehinə səs verib.

Qanun qəbul olunarsa, dövlət orqanlarının işi, seçki və referendumların hazırlanması, məhkəmə prosesi və müdafiə, beynəlxalq müqavilələr, coğrafi adlar, notariat, eləcə də təhsil, elm, mədəniyyət və media (xüsusən televiziya və radio yayımında) qırğız dilinin istifadəsi məcburi olacaq. Eyni zamanda, bəzi hallarda rus dilinə tərcümə də təmin ediləcək.

2022-ci ilin sonunda bütün bu dəyişikliklərə çağırış Respublika Prezidenti Sadır Japarov tərəfindən səsləndirilib.

"Dövlət dilinin inkişafı dövlət idarələrinin fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilməlidir. Biz şərait yaratmalıyıq ki, ölkə vətəndaşları dövlət dilində sərbəst danışa və yaza bilsinlər. Respublikada 100-dən çox etnik qrupun nümayəndəsi yaşayır, dövlət dili birləşmənin əsasına çevrilməlidir”, - deyə o, qeyd edib.

"Qırğız dili varkən sənədləri rus dilində aparmaq düzgün deyil”.

Rus dilindən istifadə hər yerdə mümkündür. Qırğızıstan postsovet məkanında rus dilinin statusunun Konstitusiyada təsbit edildiyi azsaylı ölkələrdən biridir (bu barədə Qazaxıstan, Moldova və Tacikistanın Əsas Qanunlarında da qeyd olunur). Respublikada qırğız dilinə dövlət dili statusu verilir, rus dili rəsmi dil kimi tanınır. Üstəlik, yeni qanun layihəsi bu iki statusu təsdiqləyir - Japarovun sözlərinə görə, "rus dili rəsmi olaraq qalmalıdır”. (modern.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
Dünya 16:06
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
İran Türkiyəyə ballistik raket atıb
Dünya 15:49
İran Türkiyəyə ballistik raket atıb
Xamenei ilə vida mərasimi ləğv edilib
Dünya 14:58
Xamenei ilə vida mərasimi ləğv edilib


Suriya İsrailin xəbərdarlığından sonra Livanla sərhəd-keçid məntəqəsini bağlayıb
Dünya 14:25
Suriya İsrailin xəbərdarlığından sonra Livanla sərhəd-keçid məntəqəsini bağlayıb

İranda 210 məktəb yaşayış yeri kimi istifadə olunur
Dünya 13:01
İranda 210 məktəb yaşayış yeri kimi istifadə olunur

ABŞ Pakistandakı konsulluqlarını bağlayır
Dünya 12:49
ABŞ Pakistandakı konsulluqlarını bağlayır

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib
Dünya 12:45
Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib

Hind okeanında ABŞ esminesivurulub
Dünya 10:42
Hind okeanında ABŞ esminesivurulub
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
Dünya 09:47
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol