İstanbulda erməni kilsəsi yanıb, ölənlər var

Dünən axşam saatlarında İstanbulun Karaköy rayonundakı Surp Pırgiç Erməni Katolik Kilsəsində yanğın meydana gəlib.
"Anadolu” agentliyi xəbər verir ki, yanğınsöndürən və xilasetmə qrupları yanğın hadisəsinin baş verdiyi ərazidən iki nəfərin meyitini tapıblar.
Yanğınsöndürənlər tərəfindən xilas edilən 2 nəfər isə tüstüdən zəhərləndiyi üçün xəstəxanaya aparılıb.
Türkiyə vaxtı ilə saat 21:45 (Bakı vaxtı ilə 22:45) radələrində naməlum səbəbdən baş verən yanğın söndürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 