• $
  • £

Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə cinayət işi açıldı

Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə cinayət işi açıldı
24.01.2023 11:18
Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimov (Fətişoğlu) barəsində cinayət işi başlanıb.
 
Bildirilir ki o, dələduzluqda ittiham olunur.
 
Belə ki, Teylor İbrahimov Ağcabədi RPŞ-də istintaq olunan cinayət işi üzrə həbs edilmiş vətəndaş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi ilə bağlı onun atası Bayram Ələsgərovu aldadaraq pullarını ələ keçirib. O, həmin şəxsə özünü Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək hüquq-mühafizə orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirib. Bunun qarşılığında B.Ələsgərovdan 25 000 manat pul alıb.
 
Bir müddət sonra Teylor İbrahimovun vədinə əməl etmədiyini görən vətəndaş aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib.
 
Araşdırmalardan sonra Teylor Fətişoğlu barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başladılıb. İttihama görə, o, öz hərəkətləri ilə Baş Prokurorluğu nüfuzdan salmaq, etimadsızlığa zəmin yaradaraq vətəndaşı rüşvətverməyə təhrik edib.
 
İş materialları toplanaraq baxılması üçün məhkəməyə göndərilib. Teylor İbrahimov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
 
İbrahimov keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən MTN agenti kimi də tanınırdı. Onun barəsində 6 il əvvəl də cinayət işi başlanmışdı. O, həmin vaxt Ağdamın icra başçısının adından dələduzluq etməkdə təqsirli bilinirdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Saatlıda mübahisə qanla bitib
Cəmiyyət 23:09
Saatlıda mübahisə qanla bitib
Dövlət Gömrük Komitəsində yeni təyinat
Cəmiyyət 20:11
Dövlət Gömrük Komitəsində yeni təyinat
Azərbaycanda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yenilik gözlənilir
Cəmiyyət 19:00
Azərbaycanda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yenilik gözlənilir
Moskva-Bakı reysi ilə uçan təyyarə geri qayıdıb
Cəmiyyət 16:19
Moskva-Bakı reysi ilə uçan təyyarə geri qayıdıb
Tonqaldakı partlayışda xəsarət alanların vəziyyəti necədir?
Cəmiyyət 15:30
Tonqaldakı partlayışda xəsarət alanların vəziyyəti necədir?
Naxçıvanda restoranda yanğın- İşçilərlə müştərilər təxliyə edilib
Cəmiyyət 15:03
Naxçıvanda restoranda yanğın- İşçilərlə müştərilər təxliyə edilib
Lənkəranda bu quşlarkütləvi qırılır
Cəmiyyət 13:45
Lənkəranda bu quşlarkütləvi qırılır
Kürdəmirdə “Mercedes” yanıb
Cəmiyyət 13:04
Kürdəmirdə “Mercedes” yanıb
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır
Cəmiyyət 12:52
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol