• $
  • £

Sahil Babayev və Siyarto Azərbaycan-Macarıstan əməkdaşlıq gündəliyini müzakirə edib

Sahil Babayev və Siyarto Azərbaycan-Macarıstan əməkdaşlıq gündəliyini müzakirə edib
24.01.2023 23:30
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun videoformatda görüşü olub.

Sahil Babayev Azərbaycanla Macarıstanın əlaqələrinin daim genişlənməkdə olduğunu, iki ölkənin dövlət başçılarının qəbul etdiyi "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əlaqələrin inkişafına və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə imkan verdiyini qeyd edib.
 
 
Azərbaycanda Macarıstan şirkətlərinin uğurlu fəaliyyəti qeyd olunub, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işlərində də macar şirkətlərinin iştiraka maraq göstərmələrindən məmnunluq ifadə edilib.

Peter Siyarto ölkəsinin Azərbaycanla dost münasibətləri, strateji tərəfdaşlıq əsasında əlaqələrinin daim uğurla inkişaf etdiyini, qarşıdakı dövrdə də bu əlaqələrin genişlənməkdə davam edəcəyinə əminliyini bildirib.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. İqtisadi əməkdaşlığın gələcək istiqamətlərinə, enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsinə, ikitərəfli və tranzit yük axınının həcminin artırılmasına, kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

İki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu bildirilib. Ticarət və investisiya, qeyri-neft mallarının ixracı məsələləri, iki ölkənin biznes birlikləri arasında əlaqələrin və qarşılıqlı investisiya qoyuluşlarının həcminin artırılması imkanları müzakirə olunub. Azərbaycan və macar iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin, hər iki ölkədə təşkil olunan biznes forumların davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətindən və ötən ilin fevralında Bakıda keçirilən 8-ci iclasının yekunlarından, Komissiyanın növbəti iclasına hazırlıq işlərindən bəhs olunub.










www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın on ikinci günün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:57
Ramazanın on ikinci günün duası - İmsak və iftar vaxtı
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:10
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Naxçıvanda hərbi hissədə yanğın baş verib
Cəmiyyət 16:09
Naxçıvanda hərbi hissədə yanğın baş verib
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə edilib - Yenilənib
Cəmiyyət 15:19
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə edilib - Yenilənib
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı media subyektlərinə çağırış etdi
Cəmiyyət 11:34
MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı media subyektlərinə çağırış etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
Cəmiyyət 11:15
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
İrandan 31 nəfər təxliyə olunub - Yenilənib
Cəmiyyət 11:02
İrandan 31 nəfər təxliyə olunub - Yenilənib
Şamaxıda zəlzələ olub
Cəmiyyət 23:28
Şamaxıda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol