• $
  • £

Yelo Bank-dan ekoloji təşəbbüs

Yelo Bank-dan ekoloji təşəbbüs
24.01.2023 17:03
Kağız hal-hazırda ən çox istehsal olunan sənaye məhsullarından ikincisidir. Ofis mühitində, xüsusilə bank sektorunda kağız daha çox sərf edilir. Yelo Bank Korporativ Sosial Məsuliyyət çərçivəsində təşəbbüskar addım atıb. Belə ki, Bankın Baş ofis binasında kağızın təkrar emalı üçün xüsusi qutular yerləşdirilib. Bu qutularda toplanan kağızlar təkrar istehsal üçün mütəmadi olaraq Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatı (AKKİK) tərəfindən təhvil alınacaq. 
 
İş yerlərində 1% belə olsa kağız istehlakının azaldılması ilə minlərlə ağacı xilas etmək mümkündür. Bunun fərqinə varan Yelo komandası ofisdaxilində kağız istehlakının mümkün qədər azaldılmasına çalışır. Qeyd edək ki, belə emal qutularının yaxın gələcəkdə Bankın filiallarında da yerləşdirilməsi planlaşdırılır. Yelo Bank ekoloji vəziyyətin yaxşılaşdırılması üçün öz aktiv dəstəyini davam etdirəcək.

Bank xidmətləri, həmçinin sahibkarlara guzestli kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol