ABB-dən ətraf mühit və yaşıl artıma dəstək- FOTO

Vətəndaşlıq məsuliyyəti dəyərinə sadiq qalan ABB ölkəmizin gələcəyinə töhfə vermək üçün sosial proqramlarını davam etdirir. Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visa beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında ödəniş kartları sahəsində yeniliyə imza atıb. ABB-nin TamEco kartı müştərilərə təqdim edilib.
Müştərilər ABB-dən TamEco kartı sifariş verdikdə hər karta görə bir ağac əkiləcək. Beləliklə, ABB-dən bir TamEco kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olacaq.
Kampaniya çərçivəsində onlayn sifariş zamanı kart pulsuzdur. İanəni müştərinin adından Bank öz hesabına ödəyəcək. Kart dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib: "Yaşıl gələcək” layihəsinin bu gün geniş ictimaiyyətə çatdırılması ekoloji maariflənmə işinə bir töhfədir. Layihə vasitəsilə hər kəs ölkəmizin yaşıllaşdırılmasında iştirak edib dəstək göstərə biləcək”.
ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev qeyd edib ki, TamEco məhsulu ilə ABB sektorda daha bir maraqlı nümunə yaradır: "TamEco kartı ABB-nin sosial məsuliyyətinə əsaslanır. ABB olaraq biz müxtəlif innovativ həllərimizlə təmassız ödəniş imkanlarını genişləndiririk. Bank əməliyyatlarını kartlardan istifadə etmədən mobil cihazlarla aparan müştərilərimizin sayı sürətlə artır. Bununla belə, gözləntilərə görə, yaxın illər ərzində bütün dünyada plastik ödəniş kartlarından istifadə vərdişləri də müəyyən səviyyədə hələ qalacaq. TamEco kartının məqsədi, bank kartlarından istifadəni ətraf mühit üçün daha faydalı etməkdir. Bu kartın təqdim olunmasında ABB-nin biznes maraqları ilə yanaşı, sosial maraqları da böyükdür”.
TamEco kartı debet hesab qalığına illik 7% gəlir gətirir. Müştərilərə 20%-dək keşbək qazandırır. Onunla "Kartdan-karta” və nağdlaşdırma xidmətlərindən istifadə pulsuzdur. Kombo məhsul olaraq kart kredit limitini də istənilən vaxt aktivləşdirmək imkanı verir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az