• $
  • £

"Philips" 2025-ci ilə qədər işçilərini 6 min nəfər azaltmaq qərarına gəlib

30.01.2023 14:38
Tibbi avadanlıq və məişət texnikası bazarının əsas istehsalçısı Royal Philips, şirkətdəki iqtisadi çətinliklər fonunda 6 min işçisini ixtisar etmək qərarına gəlib. Bu barədə təşkilatın saytındakı press-relizdə məlumat verilib.

Nəşr qeyd edib ki, bu qərarın əsas səbəbi tənəffüs çatışmazlığı olan xəstələrə lazım olan işləməyən süni nəfəs aparatlarının böyük partiyasının geri çağırılması səbəbindən şirkətin itkiləri kəskin artmağa başlayıb.

Şirkət ilk partiyanın 2021-ci ilin iyununda geri çəkildiyini, bunun üçün 867,3 milyon dollar ayrıldığını, 2022-ci ildə şirkətin kapitallaşmasının 46%, 2021-ci ilin iyunundan isə 63% azaldığını bildirib.

Noyabrın 28-də ABŞ-da yerləşən təkər istehsalçısı Goodyear Tire & Rubber Co iqtisadi çətinliklər fonunda işçi qüvvəsini 500 nəfər azaltmaq üzrə olduğunu bildirib. Press-relizdə qeyd olunub ki, bu qərar "qısamüddətli qeyri-müəyyən makroiqtisadi mənzərə” və inflyasiyanın artması ilə bağlıdır.

Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, texnologiya nəhəngi IBM Kyndryl və Watson Health bölmələrindən 3,9 min nəfəri ixtisar etmək niyyətindədir. Bu qədər işçi sayının azaldılması texnologiya nəhənginə 300 milyon dollara başa gələcək.

Blomberg Amerika Milli Biznes İqtisadiyyatı Assosiasiyasının (NABE) sorğusunun məlumatlarına istinad edərək bildirmişdi ki, şirkətlərin təxminən 20%-i yaxın aylarda işçilərini ixtisar etməyi istisna etmir.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol