SOCAR 2022-ci ildə neft ixracını təxminən 3% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2022-ci ildə neft ixracını təxminən 3% artırıb. Bu barədə SOCAR məlumat yayıb.
Şirkkət 2022-ci ildə 18 milyon 53,292 min ton neft ixrac edib ki, bu da 2021-ci illə müqayisədə 2,6% çoxdur.
Bundan əlavə, hesabat dövründə SOCAR 2 milyon 242,099 min ton neft emalı və neft-kimya məhsulları (azalma 25,8%) ixrac edib.
SOCAR-ın H.Əliyev adına Bakı Neft Emalı Zavodunda neft emalının həcmi 2022-ci ildə 6 milyon 198,37 min ton (azalma 6,9% ) təşkil edib.
Şirkət təkcə öz yataqlarında hasil edilən nefti deyil, həm də Azərbaycan və SOCAR-ın neft müqavilələri əsasında hasil etdiyi gəlirli nefti ixrac edir.
Şirkət həmçinin keçən il qazma ilərini də artırdığını bildirib.
Belə ki, 2022-ci ildə SOCAR-ın qazma idarələri tərəfindən qazma işlərinin həcmi 73 084 metr təşkil edib.
"2022-ci ildə şirkət üzrə qazma həcmi 73 084 min metr təşkil edib. 2021-ci illə müqayisədə şirkət ötən il qazma işlərinin həcmini 18,6% artırıb", - SOCAR-ın açıqlamasında bildirilir.
2021-ci ildə SOCAR üzrə qazma işlərinin həcmi 61 644 min metr təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 10,3% çoxdur.
N.Təbrizli
www.anews.az