SWIFT-ə bənzər İran-Rusiya bank sistemi işə salınıb
İran və Rusiya maliyyə və bank mübadilələrini asanlaşdıracaq bank mesajlaşma sistemlərini birləşdirmək üçün anlaşma memorandumu imzalayıblar. Bu barədə İran Mərkəzi Bankının sözçüsü bazar günü deyib.
"Bu gün İran və Rusiya arasında əlaqə və maliyyə messencerləri haqqında Anlaşma Memorandumu imzalanıb və iki ölkə ilə Rusiya bazarında mövcud olan digər 13 ölkə arasında maliyyə və bank mübadilələri asanlaşdırılıb” - CBI qubernatorunun müavini Möhsün Kərimi bazar günü Tehranda İran və Rusiya arasında anlaşma memorandumunun imzalanması mərasimində deyib.
"Bu Memoranduma əsasən, bütün İran bankları və bütün Rusiya bankları standart bank mesajlarını ala bilər” deyən CBI sözçüsü əlavə edib ki, "xaricdəki bütün İran bankları və bütün xarici banklar Rusiyada 100-dən çox bankın daxil olduğu mesajlaşma sisteminə bağlıdır. Platforma işə salındıqdan sonra 13 xarici ölkə (Rusiyadan başqa) İran bankları ilə əlaqə saxlaya bilər” - Kərimi söyləyib.
Kərimi bildirib ki, mesajlaşma sistemi iki ölkənin daxili infrastrukturuna əsaslandığı üçün sanksiyalara qarşı güclüdür.
"Bu axşam biz İran və Rusiya bankı arasında ilk mesaj mübadiləsi aparacağıq” - əlavə edib
Rusiya Mərkəzi Bankının nümayəndəsi isə öz növbəsində Memorandumun imzalanma mərasimində bildirib ki, bu memorandumun ən böyük üstünlüyü ondan ibarətdir ki, Qərbin sanksiyaları ona təsir edə bilməz.
Gülnar
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox