• $
  • £

Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq edib
01.02.2023 11:01
Avstraliya İranda etiraz aksiyalarının yatırılmasında və Rusiyaya pilotsuz təyyarələrin verilməsində rol oynayan İranın hakimiyyət və qurumlarına qarşı bir sıra yeni sanksiyalar tətbiq edib. Bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyinin rəsmi saytından bildirilib.

Sanksiya tətbiq edilən şəxslərin aktivlərinin dondurulması, habelə bu şəxslərin Avstraliya ərazisinə girişinin qadağan edilməsi nəzərdə tutulub.

Bundan əlavə, sanksiyalara məruz qalan İran vətəndaşları arasında ümumilikdə 13 fiziki və 2 hüquqi şəxs olmaqla, İran polisi, "Bəsic” hərəkatının üzvləri və mülki şəxslər var. Onların adı insan hüquqlarının pozulmasında hallanır.

Məlumata görə, bu günə qədər Ukraynada baş verən hadisələrlə əlaqədar Avstraliya 850 Rusiya və Belarus vətəndaşına, o cümlədən hər iki ölkə başçılarına - Vladimir Putin və Aleksandr Lukaşenkoya, eyni zamanda Rusiyanın iri müəssisə və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.

Silah və komponentlərin, neft və qaz hasilatı üçün xammal və avadanlıqların ixracı, Rusiyadan enerji, silah və sursat idxalı da qadağan edilib. Bundan əvvəl Avstraliya hökuməti korrupsiya ilə bağlı cinayətlərdə şübhəli bilinən Rusiya vətəndaşlarına sanksiyalar paketi tətbiq edib.

Bu ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Buna cavab olaraq isə, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya və bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.

Bundan əvvəl Amerikanın Ticarət Nazirliyinin yeni ixrac məhdudiyyətləri tətbiq etdiyi 7 İran şirkətinin adları açıqlanıb. Təyyarə mühərriklərinin dizaynı və istehsalı şirkəti, SEPAH-ın Aerokosmik Qüvvələri, SEPAH-ın Tədqiqat və Özünütəminat Cihad Təşkilatı, "Ouc-e-pərvaze-ma do nəfər" aviaşirkəti, Pəravər Pars şirkəti, Qüds Aviasiya Sənaye şirkəti ,"Şahed" Aviasiya şirkəti olub.
  
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
Dünya 16:52
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
Dünya 16:06
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
İran Türkiyəyə ballistik raket atıb
Dünya 15:49
İran Türkiyəyə ballistik raket atıb
Xamenei ilə vida mərasimi ləğv edilib
Dünya 14:58
Xamenei ilə vida mərasimi ləğv edilib


Suriya İsrailin xəbərdarlığından sonra Livanla sərhəd-keçid məntəqəsini bağlayıb
Dünya 14:25
Suriya İsrailin xəbərdarlığından sonra Livanla sərhəd-keçid məntəqəsini bağlayıb

İranda 210 məktəb yaşayış yeri kimi istifadə olunur
Dünya 13:01
İranda 210 məktəb yaşayış yeri kimi istifadə olunur

ABŞ Pakistandakı konsulluqlarını bağlayır
Dünya 12:49
ABŞ Pakistandakı konsulluqlarını bağlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol