Azərbaycanda səmt qazının hasilatı 2% artıb

2022-ci ildə Azərbaycanda səmt qazının hasilatı 15 milyard 425,16 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2,4% çoxdur, bu barədə "İnterfaks-Azərbaycan” agentliyinə neft-qaz bazarındakı mənbə bildirib.
"Hesabat ilində neft yataqlarından 15 milyard 425,16 milyon kubmetr səmt qazı hasil edilib ki, bunun da 4 milyard 231,46 milyon kubmetri əmtəəlik qazın payına düşüb (azalma 5,5%)", - agentliyin həmsöhbəti bildirib.
Azərbaycanda qaz hasilatının ümumi həcmində səmt qazının payı 33 faiz, qalan hissəsi - 31 milyard 318,18 min kubmetr və ya 67 faiz təbii qazın payına düşüb (artım 8,8 faiz).
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycanda səmt qazının hasilatı 15 milyard 65,6 milyon kubmetr (artım 13,9 faiz), təbii qazın hasilatı 28 milyard 797,9 min kubmetr (artım 20,5 faiz) təşkil edib.
Səmt qazının hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşür ki, onun böyük hissəsi təzyiqi saxlamaq üçün yenidən laylara vurulur, qalan hissəsi isə pulsuz olaraq SOCAR-a verilir.
Azərbaycanda təbii qazın ən böyük payı hazırda "Şahdəniz” yatağından hasil edilir.
N.Təbrizli
www.anews.az