Neft Fondu yanvarda valyuta satışını 3,8 dəfə azaldıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin yanvarında Mərkəzi Bankın valyuta hərraclarında ümumilikdə 188,5 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. BU barədə ARDNF məlumat verib.
2022-ci ilin yanvarında ARDNF tərəfindən valyuta hərraclarında ümumilikdə 727 milyon ABŞ dolları məbləğində valyuta satılıb, beləliklə, valyuta satışının həcmi 3,8 dəfə azalıb.
Hazırda valyuta hərraclarında xarici valyuta satışının əsas mənbəyi ARDNF-dir.
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində (2021-ci illə müqayisədə 30% azalma) xarici valyuta satıb.
N.Təbrizli
www.anews.az